Hindistan və Pakistan sərhədində döyüşlər: Ölənlər var

Hindistan və Pakistan sərhədində döyüşlər: Ölənlər var

Kəşmirdə Hindistan və Pakistan sərhədçiləri arasında atışma nəticəsində ən azı 12 nəfər ölüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Hindistanın Cammu və Kəşmir ştatlarında baş verən hadisələr nəticəsində yeddi nəfər dinc əhali – dörd qadın və üç uşaq ölüb.

Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, Nakial sektorunda atışma zamanı dörd mülki vətəndaş ölüb, altı nəfər yaralanıb.

N.O.

www.oxu.az

0
8