Rusiya təyyarəsi Estoniyanın hava məkanını pozub

Rusiya təyyarəsi Estoniyanın hava məkanını pozub

Rusiya təyyarəsi Estoniya hökümətinin müvafiq icazəsi olmadan Estoniyanın hava sərhədini pozub.

Oxu.Az “Postimees” nəşrinə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 9:33-də Vayndloo adası yaxınlığında baş verib.

An-148 təyyarəsi Estoniya səmasında bir dəqiqəyə yaxın qalıb. Bildirilir ki, sərhədi pozan zaman rusiyalı pilotun estoniyalı dispetçerlərlə əlaqəsi olmayıb.

Hadisə ilə əlaqədar RF səfiri Tallində ölkənin Xarici işlər nazirliyinə çağırılıb, ona rəsmi etiraz notası verilib.

Qeyd olunur ki, Rusiya təyyarələri cari il ərzində altı dəfə Estoniyanın hava məkanını pozublar.

S.B.

0
3