Tailandın yeni kralının taxta çıxacağı gün açıqlandı

Tailandın yeni kralının taxta çıxacağı gün açıqlandı

Tailandın yeni kralı, 63 yaşlı Maha Vaçiralonqkorn dekabr ayının 1-də taxta çıxacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tailand hökumətindəki mənbə bildirib.

Məlumata əsasən, hazırda şəxsi işləri ilə əlaqədar Almaniyada olan M. Vaçiralonqkorn noyabrda vətənə dönəcək.

Onun atası Tailand kralı Bhumibol Adulyadej oktyabrın 13-də 89 yaşında vəfat edib. Pxumpion Adelyat 1946-cı ildən taxt-tacın sahibi olub.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə Pumipon Adulyadet 2008-ci ildə 35 milyardlıq varidatla dünyanın ən varlı monarxlarının siyahısına başçılıq edib.

0
14