ABŞ-da qaz kəmərində partlayış: 7 yaralı

ABŞ-da qaz kəmərində partlayış: 7 yaralı

ABŞ-ın Alabama ştatında qaz kəmərində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Alabama ştatının qubernatoru Robert Bentli bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Partlayışın “Colonial Pipeline” qaz kəmərində qeydə alındığı bildirilir.

R. Bentli bildirib ki, hazırda  qaz kəməri yaxınlığında yaşayan əhali təxliyə edilir. İnsidentin səbəbləri barədə məlumat verilmir.

0
15