İslam Əməkdaşlıq Təşkilatının baş katibi zarafatının qurbanı oldu

İslam Əməkdaşlıq Təşkilatının baş katibi zarafatının qurbanı oldu

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad  Mədəni vəzifəsindən istefa verib.

APA-nın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.

Məlumata əsasən, İyad  Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.

Ötən həftə mətbuat konfransında çıxış edən İyad  Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salıb.

“Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var ”,  yanlışlığını zarafatla düzəltmək istəyən  İyad  Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə deyib. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlib.

Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilmişdi. 

0
16