Azərbaycana 350 ton zəhərli buğda göndərilməsinin qarşısı alınıb

Azərbaycana 350 ton zəhərli buğda göndərilməsinin qarşısı alınıb

Rusiyanın Stavropol diyarında Azərbaycana göndərilməsi planlaşdırılan 350 ton zəhərli buğda saxlanılıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, buğda keyfiyyətinin qiymətləndirilməsi mərkəzinin mütəxəssisləri fuzarioza yoluxmuş beş vaqon buğda aşkar ediblər.

“Gömrük İttifaqının texniki reqlamenti üzrə norma 1%-dən az olsa da, buğda partiyasında zərərli qarışıqların payı 1,5-dən 3,5 faizə qədər olub”, - məlumatda bildirilir.

Bu səbəbdən buğda yükünə keyfiyyət sertifikatı verilməyib. Ümumi çəkisi 350 ton olan məhsul Azərbaycana göndəriləcəkdi.

Fuzarioz buğda – fuzarium növünə aid göbələklə zəhərlənmiş buğdadır. Bu cür buğdadan alınan un qida üçün yararsızdır. Fuzarioz buödadan alınan “sərxoş çörək” sərxoşluğa bənzər əlamətlərlə üzə çıxan zəhərlənməyə (fuzariotoksikoz) səbəb olur.

S.B.

0
9