Avtobusla yük maşını toqquşdu: 20 ölü, 10 yaralı

Avtobusla yük maşını toqquşdu: 20 ölü, 10 yaralı

Braziliyanın cənubunda ağır yol qəzası baş verib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Parana ştatının Kafezal-du-Sul bələdiyyəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Toqquşmadan sonra hər iki maşın yanıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

0
11