Kömür mədənində partlayış: 15 ölü, 18 itkin

Kömür mədənində partlayış: 15 ölü, 18 itkin

Çinin cənub-qərbində kömür mədənində baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 18 nəfər itkin düşüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı mədəndə 35 fəhlə olub, onlardan ikisi xilas edilib.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Xilasetmə işlərinə 200 nəfər cəlb olunub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

0
10