Hemilton Meksika Qran-Prisində qalib olub

Hemilton Meksika Qran-Prisində qalib olub

Mersedesin britaniyalı yarışçısı Lyuis Hemilton “Formula -1”-in qalibi olub. Dünyanın üçqat və hazırki çempionu cari mövsümdə 8-ci Qran-prisini qazandı. Finiş xəttinə ikinci Mersedesin pilotu hazırki mövsümün liderlərindən olan Niko Rosberq gəlib, o ümumilikdə Hemiltondna irəlidədir.

Yarışı üçüncü dördqat dünya çempionu Ferrari komandasından Sebastyan Fettel başa vurub.

Daniil Kvyat iki yarışda Toro Rossodan olan tərəfdaşı Karlos Sayns-kiçiyi irəli buraxıb. Sonuncu yenidən onuncu yerdə yarışı başa vurub.

2016 mövsümündə iki – Braziliya və Abu-Dabidə yarış olacaq. Xatırladaq ki, yarışda qələbə üçün 25, ikinci yer üçün isə 18 xal yazılır.

Xatırladaq ki, Konstruktorlar Kubokunu Mercedes qazanıb.

Yarış iştirakçılarının ümumi xal cədvəli

1. Niko Rosberq “Mercedes” – 349

2. Lyuis Hemilton Mercedes — 330

3. Deniel Rikkyardo Red Bull — 239

4. Sebastyan Fettel Ferrari — 192

E.Ə.

www.oxu.az

0
9