PAOK - “Qarabağ” matçının biletləri satışa çıxarıldı: 100 avro...

PAOK - “Qarabağ” matçının biletləri satışa çıxarıldı: 100 avro...

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində PAOK-la səfərdə keçirəcəyi qarşılaşmanın biletləri satışa çıxarılıb. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, azarkeşlər bu gündən stadionun kassalarına yaxınlaşa bilərlər.

Saloniki şəhərində yerləşən “Tumba” stadionunda baş tutacaq matç üçün biletlərin oyun gününə qədər bitməsi planlaşdırılır. Azarkeşlər internet vasitəsilə də arzularına çata bilərlər. Ancaq internetlə sifariş zamanı yalnız bir gün sonra biletə qovuşmaq mümkün olacaq.

Maraqlıdı ki, PAOK – “Qarabağ” görüşü üçün ən ucuz biletin qiyməti 10 avrodu. Satışda həmçinin 15, 20, 30 və 40 avroluq biletlər də var. Qarşılaşmanı VİP-lojadan izləmək istəyənlər isə 100 avrolarından keçməli olacaqlar.

Qeyd edək ki, noyabrın 3-də PAOK – “Qarabağ” matçının keçiriləcəyi “Tumba” stadionu 28 min 703 tamaşaçı tutumuna malikdi.

0
8