Belçikada 15 muzdlu-yaraqlının Suriyaya girişinin qarşısı alınıb

Belçikada 15 muzdlu-yaraqlının Suriyaya girişinin qarşısı alınıb

Belçika hakimiyyəti 17-28 yaş arası 15 muzdlunun islamçılar tərəfindən döyüşdə iştirak etməsi üçün Suriyaya getməsinin qarşısını alıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Dernière Heure” qəzeti məlumat yayıb.

“Onlar (muzdlular –red.) yola düşməyə hazır idilər”, - nəşr Belçika daxili işlər naziri Yan Yambonun sözlərindən sitat gətirib.

Qəzetin məlumatına görə, söhbət Antverpen, Limburq, Lyeja, Eno, Namyura və Brüssel paytaxt regionlarından olan şəxslərdən gedir. Onlardan daxili şəxsiyyət vəsiqəsi və xarici pasportlar müsadirə edilib.


N.O.

0
9