Əfqanıstan hakimiyyəti İŞİD əsirliyindən 19 nəfəri azad edib

Əfqanıstan hakimiyyəti İŞİD əsirliyindən 19 nəfəri azad edib

Əfqanıstan hakimiyyəti ölkənin şərqində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarının əsirliyində olan 19 dinc sakini azad edib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Əfqan təhlükəsizlik qüvvələrinin ərazinin İŞİD yaraqlılarından təmizlənməsi əməliyyatı bazar günü Nanqarhar əyalətində keçirilib.

Polis nümayəndəsinin məlumatına görə, Paçiro-Aqam rayonunda xüsusi əməliyyat nəticəsində 19 dinc sakin azad edilib, onların sırasında uşaqlar da olub. Bütün uşaqlar ailələrinə qaytarılıb.

Bundan başqa əməliyyat zamanı İŞİD-in 11 terrorçusu Açin rayonunda zərrəsizləşdirib.

N.O.

0
11