Uşaq Sığınacağında yaşayan uşaqlardan ibarət rəqs ansamblı yaradılacaq

Uşaq Sığınacağında yaşayan uşaqlardan ibarət rəqs ansamblı yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Uşaq Sığınacağında yaşayan uşaqlardan ibarət rəqs ansamblının yaradılması” layihəsinin icrasına start verilib.

Bu barədə Oxu.Az-a “Ümid Yeri” Uşaq Sığınacağından bildirilib.

Layihə Xanım Alxasova tərəfindən Bakı şəhəri, Xəzər rayonunda icra olunacaq.

Layihənin məqsədi “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan 30 nəfər uşağın rəqs və musiqi dərslərinə cəlb edilməsi, onların peşəkar rəqqaslar və ifaçılar olaraq yetişdirilməsi üçün dərslərin sistemli aparılması və bu uşaqlardan ibarət rəqs və mahnı ansamblının formalaşdırılmasıdır.

A.S.

0
6