İbrahim Kalın: Rusiya ilə münasibətlərin normallaşmasına hazırıq

İbrahim Kalın: Rusiya ilə münasibətlərin normallaşmasına hazırıq

“Bizim təklifimiz qüvvədədir”.

Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasına hazırdır. 

xu.Az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın mətbuat konfransında çıxış edib.

“Biz noyabrın 24-də hadisənin baş verdiyi gün olduğu kimi, indi də problemi diplomatik yolla həll etməyə çağırırıq. Bizim təklif qüvvədədir”, - o deyib. 

Onun sözlərinə görə, Ankara “Rusiya tərəfindən Türkiyənin ünvanına mütəmadi olaraq əsassız bəyanatlar səslənməsini təəssüflə qəbul edir”.

“Biz belə bəyanatların hər birinə reaksiya verməyi doğru hesab etmirik. Biz qarşı addım atmağa hazırıq”, - Ərdoğanın nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, müxtəlif səviyyələrdə “müəyyən əlaqələr” qurulur.

“Biz bunu görürük və ümid edirik ki, onlar daha da intensiv olacaqlar”, - Kalın əlavə edib. 

Ərdoğanın nümayəndəsinin sözlərinə görə, “Türkiyə və Rusiya arasında olan möhkəm və inkişaf etmiş münasibətlər bir hadisənin qurbanı olmasına yol vermək olmaz”. 

“Təəssüf ki, dialoq prosesi Rusiya təbliğatı və Türkiyəni ləkələyən bəyanatlarla hələlik blok edilib, - o iddia edir. – Amma biz dialoq üçün gələcəkdə yeni imkanlar yaradacaq addımların atılmasına hazırıq”.

0
21