Aydın Əliyev: Büdcə proqnozu vaxtından əvvəl yerinə yetirilib

Aydın Əliyev: Büdcə proqnozu vaxtından əvvəl yerinə yetirilib

“2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozu yerinə yetirilib”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşündə deyib.

O, bu ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xüsusilə, 1100 kq-dan çox narkotik vasitə-heroinin aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlığın bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu söyləyib.

M.Kindsqrab isə öz növbəsində iki ölkə arasında iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkib, bunun üçün geniş imkanların mövcud olduğunu bildirib.

Almaniya ilə Azərbaycan arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan səfir iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

U.A.

0
8