Koreyalı səfir məcburi köçkünlərlə görüşdü – FOTO

Koreyalı səfir məcburi köçkünlərlə görüşdü – FOTO

Koreya Respublikasının Səfirliyi, Azərbaycandakı Koreya şirkətləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Cəbrayil Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 28-29 oktyabr tarixlərində Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə layihə həyata keçirib. Layihə çərçivəsində şagirdlər arasında “Sehirli nağıl” rəsm müsabiqəsi və Koreya Kinosu Günü baş tutub.

84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi rəsm müsabiqəsində şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini əks etdiriblər. Daha sonra şagirdlər məktəbli çantaları, məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırılıblar.

Səfirlikdən Oxu.Az-a verilən xəbərə görə, 28 oktyabrda Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-qyu ulu öndər Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri qoyduqdan sonra Cəbrayıl rayon icra başçısı Kamal Həsənovla görüşüb. Səfər çərçivəsində səfir şəhid ailəsinə baş çəkmiş, ailəyə səfirliyin və Koreyadan olan şirkətlərin hədiyyələrini təqdim olunmuşdur.

Qeyd edək ki, 2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirir.

A.S.

0
10