Könül Kərimova zəhərlənib

Könül Kərimova zəhərlənib

Müğənni Könül Kərimova zəhərlənib.

Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, xəstəxanaya yerləşdirilən ifaçı bu haqda “10-dan sonra” verilişinə açıqlamasında deyib.

O bildirib ki, zəhərlənməsinə boranı şirəsi səbəb olub:

“Bir anlıq elə bildim ki, ölmüşəm, yoxam. Gözümü açdım ki, salamatam. Adi boranı şirəsi hazırlayıb içdim, bilmədim, nə baş verir. Həkim dedi ki, onu az-az içmək lazım imiş. Şirəni içəndən sonra olan heç nə yadımda deyil. Bir də gözümü açdım ki, ətrafımda həkim var. İndi tam yaxşı olmasam da, yavaş-yavaş özümə gəlirəm”

A.S.

0
9