Suriyanın paytaxtında 8 nəfər terror aktının qurbanı oldu

Suriyanın paytaxtında 8 nəfər terror aktının qurbanı oldu

Şiyə kvartalında minalanmış avtomobil partlayıb.

Dəməşqin cənubunda Seyid Zeynəb kvartalında minalanmış avtomobil partlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti şiyə dəstəsindəki mənbəsinə istinadən məlumat yayıb. 

“Terrorçular partlayıcı ilə dolu avtomobili Seyid Zeynəbdə Ziyabiya blokpostunda partladıblar”, - mənbə bildirib. 

Terror aktı nəticəsində səkkiz nəfər ölüb, Suriyanın Qırmızı ayparasındakı mənbə əlavə edib. 

“İlkin məlumata görə, ən azı səkkiz nəfər ölüb, yaralılar var. Dörd maşın tamamən yanıb”, - mənbə bildirib. 

0
9