Rusiya Ukraynada keçiriləcək “Eurovision”da iştirak edəcəyini təsdiqlədi

Rusiya Ukraynada keçiriləcək “Eurovision”da iştirak edəcəyini təsdiqlədi

Rusiya 2017-ci ildə Ukraynada keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə Eurovision.tv saytında verilən məlumatda bildirilib.

İştirakçı ölkələrin sayı yenə də rekord həddədir – 43. Bu say 2008-ci və 2011-ci ildə də olub.

2017-ci ildə müsabiqədə Rusiya, Avstraliya, Belarus, Çexiya, Fransa, İslandiya, İsrail, Niderland, Rumıniya, İsveçrə, Böyük Britaniya, Ukrayna və s. ölkələr iştirak üçün müraciət ediblər.

Yarımfinallar 9 və 11 mayda, finalın isə 13 mayda keçirilməsi planlaşdırılıb.

N.O.

www.oxu.az

0
5