İraq hərbçiləri Mosula hücumu bərpa ediblər

İraq hərbçiləri Mosula hücumu bərpa ediblər

İraqın hökumət qüvvələri bazar ertəsi üçgünlük fasilədən sonra Mosula hücumu bərpa ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərbçilərin bəyanatına əsasən məlumat yayıb.

Cümə günü İraq komandanlığı Mosul şəhərinə hücumda fasilə elan edib.

Bəyanatda hücumun şərq istiqamətində bərpa ediləcəyi, əsas məqsədin isə Dəclə çayının şərq sahili olacağı bildirilib.

Mosula miqyaslı hücum oktyabrın 17-dən ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə İraq hərbçiləri və polis qüvvələri, eləcə də kürd qruplaşmaları tərəfindən həyata keçirilir.

N.O.

www.oxu.az

0
3