Mərakeşdə balıqsatanın ölümündən sonra etiraz aksiyası keçirilib

Mərakeşdə balıqsatanın ölümündən sonra etiraz aksiyası keçirilib

Bazar günü Mərakeşin bir neçə şəhərinin minlərlə sakini 31 yaşlı balıqsatanın ölümü ilə əlaqədar küçələrə etiraz nümayişinə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti “France-Press”ə istinadən məlumat yayıb.

Balıqsatanın ölümü ilə nəticələnən hadisə ötən cümə baş verib. Əl-Hoseym şəhərinin hakimiyyəti kişinin malları olan konteyneri məhv etməyə çalışıblar. O, öz mallarını xilas etməyə çalışıb və zibildaşıyanın qarmağına düşüb, nəticədə ölümcül yaralar alıb.

Agentliyin məlumatına görə, etiraz aksiyası Rabata, Mərakeş, Kasablanka və digər şəhərlərdə keçirilib.

“Tələb edirik ki, bizə nə baş verdiyini izah etsinlər və günahkarları tapsınlar”, - nümayişçilərdən biri bildirib.

Məlumata görə, Əl-Hoseym prokurorluğu və Mərakeşin Daxili İşlər Nazirliyi iş üzrə araşdırmanın başlanılmasına dair göstəriş verib.

N.O.

www.oxu.az

0
7