Bakı Beynəlxalq Caz Festivalı yekunlaşıb

Bakı Beynəlxalq Caz Festivalı yekunlaşıb

On gün davam edən növbəti Bakı Beynəlxalq Caz Festivalı braziliyalı Denis Fontura və dicey Tomasın konsert proqramı ilə yekunlaşıb.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil edilən builki festivala 10-dan çox ölkədən müxtəlif caz ifaçıları qatılıb. Tədbirlər paytaxtın bir neçə konsert salonunda keçirilib.

Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, ABŞ, Kanada, Fransa, İsveç, Almaniya, Niderland, Yaponiya, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrin tanınmış caz ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Festivalın açılışı Braziliyadan olan “Qabriel Qrossi” triosunun çıxışı ilə baş tutub.

Festival çərçivəsində, həmçinin sərgilər, ustad dərsləri, “Mənim tanıdığım Vaqif” filminin nümayişi, “Uşaq caz günü” müsabiqəsi təşkil olunub.

A.S.

0
5