Bərdədə ailənin 14-cü övladı doğulub

Bərdədə ailənin 14-cü övladı doğulub

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öndə doğulsa da, ailə bunu gizli saxlayıb.

Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar”.

Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

E.Ə.

0
5