Telekanalların rəqəmli yayıma keçidi ilə əlaqədar “qaynar xətt” yaradılıb

Telekanalların rəqəmli yayıma keçidi ilə əlaqədar “qaynar xətt” yaradılıb

Azərbaycanda televiziyaların rəqəmli yayıma keçməsi ilə əlaqədar yarana biləcək müraciətlərin qəbulu məqsədilə “qaynar xətt” yaradılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhərindən və bölgələrdən əhali onları narahat edən problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan 14-11 nömrəli “qaynar xətt”ə telefon edə bilərlər.

Qeyd edək ki, cari il sentyabrın 27-də Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 2016-cı il noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

E.Ə.

0
8