Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu başlayır

Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu başlayır

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək.

Oxu.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

E.Ə.

0
10