Ölkədə kiçik müəssisələr hərraca çıxarılacaq

Ölkədə kiçik müəssisələr hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.

Bu barədə komitədən Oxu.Az-a bildirilib.

Hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyəti, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı (privatization.az), habelə rəsmi internet saytı (emdk.gov.az) vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.

İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və komitənin ərazi şöbələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.

Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. 1 noyabr hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatları aşağıdakı linklərdən əldə etmək mümkündür:

Kiçik dövlət müəssisə və obyektlərin siyahısı: https://goo.gl/u2fIhb

Təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı: https://goo.gl/jYbCZx

Nəqliyyat vasitələrinin siyahısı: https://goo.gl/AyWsnj

Pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri: https://goo.gl/Ks7BCd

U.A.

0
8