Jirinovski: Ərdoğan bizim adamımızdır

Jirinovski: Ərdoğan bizim adamımızdır

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın adamı olduğunu deyib və heç kimin onu hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini bəyan edib

Oxu.Az odatv-yə istinadən xəbər verir ki, Jirinovski bunu “Rossia 1” telekanalında yayımlanan verilişdə qonaq olarkən deyib.

Onun sözlərinə əsasən, Rusiya Türkiyə ilə bağlı aparılan beynəlxalq siyasətə müdaxilə etməlidir.

“Biz Ərdoğanı dəstəkləməliyik. Gərək, cənub sərhədlərimizi Ərdoğana həvalə edək və o, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizə qoşulacaq”, - deyə rusiyalı siyasətçi bildirib.

Н.О.

0
6