“Bakı Metropoliteni” avtobus alacaq

“Bakı Metropoliteni” avtobus alacaq

“Bakı Metropoliteni” QSC 26-30 oturacaqlı avtobusların alınması ilə bağlı tender elan edib.

Oxu.Az xəbər verir ki, Trend-in Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən verdiyi məlumata görə, tenderdə iştirakın dəyəri 200 manatdır.

Tender təklifləri bank təminatı ilə birlikdə 2016-cı il dekabrın 6-a qədər təqdim olunmalıdır.

Tender zərfləri dekabrın 7-də saat 15:00-da açılacaq.


U.A.

0
10