Dünyanın ən gözəl qızları müəyyən edildi - FOTO

Dünyanın ən gözəl qızları müəyyən edildi - FOTO

Filippində “Dünya gözəli - 2016” müsabiqəsi keçirilib.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, gözəllik müsabiqəsinin qalibi Ekvadordan olan Ketrin Espin olub.

Pasay şəhərində “Mall of Asia” Ticarət Mərkəzinin konsert zalında tacı ona keçən ilin qalibi filippinli Angeliya Onq təqdim edib.

İkinci yeri Kolumbiyadan (Yer və Hava gözəli) Mişel Qomes, üçüncü yeri Venesueladan Stefaniya Zorxi (Yer və Su gözəli) və dördüncü yeri isə Braziliyadan Bryuna Zanardo (Yer və Od gözəli) tutub.

Dünya gözəlinin 23 yaşı var: o, model və kosmetoloqdur, ətraf mühitin müdafiəsi üçün çox narahatdır. O, müsabiqədə məhz gənc həmvətənlərinin diqqətini bu problemə yönəltmək üçün iştirak etdiyini bildirib.

A.M.

0
58