Türkiyədə bələdiyyə sədrləri və sabiq deputat həbs edilib

Türkiyədə bələdiyyə sədrləri və sabiq deputat həbs edilib

Türkiyənin Diyarbəkr vilayətinin bələdiyyə sədrlərinin həbsinə qərar verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA “Milliyet”ə istinadən məlumat verir.

Məlumata əsasən, bələdiyyənin həmsədrləri Gültan Kışanak və Fırat Anlı ilə bərabər keçmiş deputat Ayla Akat Atanın barəsində həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxs terrorçuluqda təqsirləndirilir. Onlar PKK terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Kocaeli vilayətində Gültan Kışanak, Fırat Anlı və Ayla Akat Atanın həbsinə etiraz əlaməti olaraq aksiya keçirən şəxslərdən 20 nəfər də saxlanılıb.

N.О.

0
8