Bakının polis bölmələrindən birinə yeni rəis təyin edildi

Bakının polis bölmələrindən birinə yeni rəis təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinə rəis təyin edilib.

E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.

E.Ə.

0
12