Ucuz avtomobillər satışa çıxarıldı – SİYAHI

Ucuz avtomobillər satışa çıxarıldı – SİYAHI

Vergilər, Maliyyə, Rabitə və Daxili İşlər nazirlikləri bu avtomobilləri satışa çıxarıb.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi, yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.

Oxu.Az Avtosfer.az-a istinadən Əmlak Məsələləri Dövlət Komitəsinin 29 noyabrda hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırır.

Qeyd: 1-2-ci sətirdə Vergilər Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 5 saylı Xəzinədarlıq İdarəsi balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

4-7-ci sətirdə Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

8-9-cu sətirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

A.M.

0
6