“Bank Standard”ın əmanətçiləri 360 milyon manat kompensasiya aldı

“Bank Standard”ın əmanətçiləri 360 milyon manat kompensasiya aldı

Bağlanmış 10 bankın əmanətçilərinə 643 milyon manat kompensasiya ödənilib.Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan Oxu.Az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 643 milyon 133 min manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 41 milyon 745 min manat, “Zaminbank” ASC – 51 milyon 43 min manat, “Kredobank” ASC – 26 milyon 136 min manat, “Dekabank” ASC – 2 milyon 887 min manat, “Atrabank” ASC – 14 milyon 17 min manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1 milyon 88 min manat, “Bank of Azerbaijan” ASC – 24 milyon 117 min manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 120 milyon manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 360 milyon 322 min manat kompensasiya alıblar.

U.A.

0
12