Bakıda 26 yaşlı qız özünü binadan atdı

Bakıda 26 yaşlı qız özünü binadan atdı

Bakıda intihara cəhd olub.

Oxu.Az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şimal Dress adlanan ərazidə qeydə alınıb.

Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

H.Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
11