Milli Marketinq Forumunun proqramı açıqlandı

Milli Marketinq Forumunun proqramı açıqlandı

30 nəfər spiker öz təcrübəsini iştirakçılarla paylaşacaq.

27-28 May CinemaPlus kinoteatrının 5-ci zalında Milli Marketinq Forumu keçiriləcək. 

Forumda 2 gün ərzində 30 nəfər spiker öz təcrübəsini iştirakçılarla paylaşacaq.

Biletləri 28Mall, CinemaPlus kinoteatrının kassasından, millimarketinqforumu.com saytından və ya Facebook.com/millimarketinqforumu səhifəsindən əldə edə bilərsiniz. 

Onlayn sifarişlərdə çatdırılma pulsuzdur. Biletin qiyməti 30 manatdır.

Saat 09:00-da başlayacaq forum 18:00-da başa çatacaq.

Tədbirin təşkilatçısı Marketinq Azərbaycan şirkətidir.

Oxu.Az və 107.7 FM tədbirə informasiya dəstəyi göstərirlər.

0
12