Neftin qiyməti stabilləşib

Neftin qiyməti stabilləşib

Dünya bazarlarında neftin qiyməttlərində stabillik nümayiş olunur.

Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,52% azalaraq 49,45 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39% ucuzlaşaraq 48,51 dollar təşkil edib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, neftin qiymətləri 48-49 dollar ətrafında dəyişir.

U.A.

0
8