Bakıda bacı və qardaşı döyüb qarət etdilər

Bakıda bacı və qardaşı döyüb qarət etdilər

Hadisə Yasamalda baş verib.

Aprelin 24-də Yasamal rayonu ərazisində yaşayan Bakı şəhər sakini Amil Musayevin mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs onu və bacısı Raisanı bıçaqla hədələyib oradan 560 manat pul və 3 ədəd  mobil telefon aparıb.

Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Yasamal  RPİ  28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub.

0
23