Liviya sahillərində 16 miqrantın meyiti tapıldı

Liviya sahillərində 16 miqrantın meyiti tapıldı

Liviya sahillərində, Zuvara şəhəri yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların hamısının Afrika ölkələrindən olduğu bildirilir.

Üç gün əvvəl Liviya sahillərində  90 miqrantın itkin düşdüyü barədə məlumat yayılmışdı.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən Avropaya 90 min miqrant gəlib, təxminən 3 min nəfər qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

0
4