Ağsuda məsciddə yanğın

Ağsuda məsciddə yanğın

Ağsu rayonunda məsciddə yanğın baş verib.

FHN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə rayonun Çiyni kəndində baş verib.

Məlumata əsasən, məscidin ərazisində ümumi sahəsi 504 m2 olan mərasim zalının lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb. Mərasim zalının qalan hissəsi və məscid yanğından mühafizə olunub. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.M.

0
11