Dünya liderləri hansı içkiyə daha çox üstünlük verirlər? – FOTO

Dünya liderləri hansı içkiyə daha çox üstünlük verirlər? – FOTO

Alkoqollu içkilərin gərginliyi və yorğunluğu aradan qaldırılması ilə bağlı fərziyyələri nəzərə alsaq, belə düşünmək olar ki, gərgin iş rejimində işləyən dünya liderləri, siyasətçilər üçün içki içməyə həmişə bəhanə var.

Digər tərəfdən rəsmi və qeyri-rəsmi qonaqların qəbulu, ziyafətlər də qədəhləri bir-birinə vurmaq üçün ən yaxşı bəhanələrdən biridir. Bəs liderlər hansı içkiyə daha çox üstünlük verirlər?

Oxu.Az Modern.az saytına istinadən, bununla bağlı kiçik araşdırmanı təqdim edirik:

Böyük Britaniyanın baş naziri Devid Kemeron tünd pivələrə üstünlük verir. Baş nazirin ən çox sevdiyi pivə 1759-cu ildən Londonda istehsal olunan “Ginnes” pivəsidir.

Fransa prezidenti Fransua Olland öz ölkəsində istehsal olunan şərabı yüksək qiymətləndirir. “Fransa şərabının ətri məni heyran edir” deyən prezident rəsmi qəbullarda, ailəsi və dostları ilə birgə əlamətdar günləri qeyd edəndə yerli şərab içməkdən zövq alır.

Rusiya prezidenti Vladimir Putin alkoqollu içkilərə münasibətdə öz xalqının zövqü ilə uyğunlaşa bilmir. Arağın daha çox istifadə olduğu Rusiyada prezident pivəyə üstünlük verir. Almaniyaya səfəri zamanı bu ölkənin istehsal etdiyi pivənin dadına baxanda Putin spirtli içkilər arasında pivəni yüksək qiymətləndirib.

Rusiyanın baş naziri Dmitri Medvedev öz gərginliyini və yorğunluğunu çıxarmaq üçün şərab içməyi məqsədəuyğun sayır. Baş nazir 2011-ci ildə alkoqolizmə qarşı mübarizədə, daha tünd içkilərdən, xüsusilə araqdan uzaqlaşmaq üçün şərabdan istifadə etməyi təklif edib.

Almaniya kansleri Angela Merkelin ziyafətlərin birində xidmətçinin səliqəsizliyi ucbatından kürəyinə bir dolu parç pivənin tökülməsinə baxmayaraq, siyasətçi xanım içkilər sırasında pivəyə daha çox üstünlük verir.

Çinin sabiq dövlət başçısı Xu Tszintao istirahət vaxtlarında şərab içməkdən zövq alır. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Barak Obamanın Çin liderinə verdiyi ziyafətdə süfrəyə qoyulmuş şərabın qiyməti səhərisi gün 115 dollardan 350 dollara qalxıb.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç alkoqol içkilər sırasında arağa üstünlük verir. Eks-prezident birinci qədəhdən sonra “zakuska” etməyi sevmir və hətta bunu jurnalistlərə nümayiş etdirməkdən də çəkinməyib. Yəqin ki, o öz ənənəsini prezidentlik dövründən sonra davam etdirmək arzusundadır.

Amerika prezidenti Barak Obama pivə içməyə üstünlük verir. Hətta prezident özü də pivə hazırlayır və bu məşğuliyyətdən zövq alır.

A.M.

0
11