Sabahdan istilər başlayır

Sabahdan istilər başlayır

Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə   10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, səhər  ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-13, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

0
19