Hindistan Pakistanın hərbi postlarını məhv etdi

Hindistan Pakistanın hərbi postlarını məhv etdi

Dünən Hindistan ordusu Cammu və Kəşmir ştatlarında Keran sektorunda Pakistan ordusunun dörd hərbi postuna zərbə endirib.

APA-nın NDTV telekanalına istinadən verdiyi məlumata görə, Hindistan ordusundakı mənbə 20 Pakistan hərbçisinin öldürüldüyünü bildirib.

Telekanalın yaydığı xəbərdə  Hindistan ordusunun Pakistan hərbçilərin atəşkəsi tez-tez pozmasına cavab olaraq bu addımın atıldığı bildirilir. Atəşkəsin pozulması nəticəsində Maçil sektorunda 1 Hindistan hərbçisi ölüb.

0
13