Tokio Moskvaya Kuril adalarına dair zəmanət verdi

Tokio Moskvaya Kuril adalarına dair zəmanət verdi

Yaponiya hökuməti rəsmi Moskvaya Rusiyanın mübahisəli Kuril adalarını qaytaracağı təqdirdə orada hərbi obyektlərin və ABŞ ordusunun yerləşdirməyəcəyinə zəmanət vermək niyyətindədir.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Kyodo” agentliyinə diplomatik mənbələr bildirib.

Tokioda hesab edirlər ki,  zəmanətin verilməsi Rusiya ilə danışıqların aparılmasına kömək edəcək.

Məlumatda qeyd olunur ki, bu təşəbbüs Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri ərəfəsində yaranıb.  “Kyodo” hesab edir ki, Vladimir Putinin Yaponiyaya səfər etməsi ərazi mübahisəsinə dair danışıqlar prosesində mühüm dönüşə səbəb ola bilər.

Qeyd edək ki, Yaponiya Rusiya ilə tezliklə sülh sazişinin imzalanmasına səy göstərir, lakin Vladimir Putin bir neçə gün əvvəl qeyd edib ki, nizamlanma məsələsində zaman çərçivəsi olmamalıdır.    

0
10