Neft hasilatının məhdudlaşdırılması mexanizmi hələ ki hazırlanmayıb

Neft hasilatının məhdudlaşdırılması mexanizmi hələ ki hazırlanmayıb

OPEK-ə üzv olmayan ölkələr üçün neft hasilatının məhdudlaşdırılması mexanizmi noyabrın 30-dək müzakirə ediləcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Braziliyanın Neft və Qaz Departamentinin rəhbəri Marsiu Feliks deyib.

“Hər şey hələ ki noyabrın 30-dək müzakirə olunacaq”, - deyə o OPEK-ə üzv olmayan ölkələr üçün neft hasilatının məhdudlaşdırılması mexanizminə dair suala cavabında bildirib.  

Onun sözlərinə görə, ötən gün OPEK-in Vyanada keçirilən toplantısında təşkilata üzv olmayan cəmi 6 ölkə (Azərbaycan da daxil olmaqla-red.) iştirak edib. Bundan əvvəl OPEK-in Vyana görüşünə təşkilata üzv olmayan 12 ölkənin dəvət olunduğu bildirilmişdi.  

OPEK-in neft hasilatının həcminin “dondurulması” üzrə xüsusi komitəsinin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək.

0
13