267 nəfər bağırsaq infeksiyası ilə xəstəxanalıq oldu

267 nəfər bağırsaq infeksiyası ilə xəstəxanalıq oldu

Mahaçqalada 267 nəfər kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib, onlardan 179 nəfəri uşaqdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyindən bildirilib.

Xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur.

Tibbi yardımın göstərilməsi üçün müraciət etməyən xəstələrin müəyyənləşdirilməsi məqsədilə 355 həkim briqadası yaradılıb. Həmin briqadalar mənzillərə baş çəkərək artıq 27 mindən çox insanı müayinə ediblər.  

0
5