138 nəfər daşqınların qurbanı oldu, azı 400 nəfər itkin düşdü

138 nəfər daşqınların qurbanı oldu, azı 400 nəfər itkin düşdü

Şimali Koreyada  138 nəfər daşqınların qurbanı olub, azı 400 nəfər itkin düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuatın məlumatına əsasən, Hamgen-Pukto əyalətində 70 minədək sakin evsiz qalıb.

Məlumata görə, çadırlarda məskunlaşan zərərçəkənlər ərzaq məhsulları və içməli su çatışmazlığından çətinlik çəkirlər. Qeyd olunan rayonda yaxın günlərdə -15 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

0
10