ABŞ Rusiyaya görə hərbi xərclərini artırır

ABŞ Rusiyaya görə hərbi xərclərini artırır

Məbləğ 2015-ci ildə təsdiqlənmiş büdcədən dörd dəfə artıqdır.

2017-ci ildə “Rusiyanın qarşısının alınmasına” 3,4 milyard dollar ayrıla bilər.

Oxu.Az “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti məlumat yayıb. 

Bu məsələ ABŞ palata nümayəndələri yanında daima fəaliyyət göstərən Silahlı qüvvələr üzrə komitənin iclasında geniş şəkildə müzakirə ediləcək. 

“Bizim Şərqi Avropanın bəzi ərazilərində, hərbi hissələrində yerləşdirmək imkanımız var. Ən başlıcası - regionda nümayəndəliyin olması və müttəfiqlərə dəstək göstərməkdir”, - komitənin yüksək vəzifəli üzvü Adam Smit bildirib. 

Ayrılacaq məbləğ 2015-ci ildə təsdiqlənmiş büdcədən dörd dəfə artıqdır. Bundan başqa, Ukrayna milli ordusunun hərbçilərinin geyiminə və təliminə xərclənəcək 150 milyon dollar məbləğində yardım da təsdiq edilə bilər. 

0
25