Yəmən prezidenti BMT-nin barışıq planı təklifini rədd edib

Yəmən prezidenti BMT-nin barışıq planı təklifini rədd edib

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi BMT-nin ölkədə barışıq yaradılmasıyla bağlı təkliflər planını rədd edib.

Oxu.Az “Report”a AFP-yə istinadən xəbər verir ki, prezident təklifi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Uld Şeyx Əhmədlə görüşdə qəbul etməyib.

Qeyd edək ki, bundan əvvəl BMT Yəməndəki münaqişənin həlli üçün hökumət və üsyançı husilər arasında yeni hakimiyyət strukturunun yaradılmasını təklif edib. BMT-nin yeni planı hər iki tərəfdən bir sıra güzəştlər nəzərdə tutur: husilər paytaxtı tərk etməlidir, bunun qarşılığında vitse-prezidenti postunu tərk edəcək, prezident Hadinin səlahiyyətləri isə ciddi şəkildə məhdudlaşdırılacaq.

S.S.

0
5