Natiq Əliyev OPEK görüşündən çox məmnundur

Natiq Əliyev OPEK görüşündən çox məmnundur

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv neft hasil edən ölkələrin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

“Mən nəticədən çox məmnunam, və biz 25-26 noyabr tarixlərində keçiriləcək  növbəti görüşə hazırlaşırıq”, - deyə Əliyev qeyd edib.  

Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.

Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir.

0
5