Zığ dairəsində hərəkət məhdudlaşdırılacaq

Zığ dairəsində hərəkət məhdudlaşdırılacaq

Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tikinti işlərinin aparılması ilə əlaqədar oktyabrın 31-də saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq. Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.

S.B.

0
7